Suraxanı rayonu ərazisində orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədi ilə 11.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə “MİDA” yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.