RU

Mayın 11-də keçirilən imtahanların nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 11-də keçirilən imtahanların nəticələri elan edib.

Mia.az xəbər verir ki, nəticələr aşağıdakı imtahanları əhatə edir:

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2025/nettex/?frm=egov öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2025/netorta/?frm=egov istifadə etməlidirlər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 12 iyun saat 10:00-dan 14 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Избранный
104
4
mia.az

10Источники