RU

Əli Əsədov Daşkənddə Özbəkistan Prezidenti ilə görüşüb

Bakı. Trend:

Özbəkistan Respublikasında rəsmi səfərdə olan AzərbaycanRespublikasının Baş naziri Əli Əsədov bu gün bu ölkənin PrezidentiŞavkat Mirziyoyevlə görüşüb.

Bu barədə Trend-ə NazirlərKabinetindən xəbər verilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarınıÖzbəkistanın dövlət başçısına çatdırıb. Şavkat Mirziyoyev Prezidentİlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun dasalamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahişedib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıqmünasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub,əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyətivurğulanıb.

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çoxsahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrədünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident ŞavkatMirziyoyevi təbrik etdi.

Məqalədə:
Избранный
41
45
az.trend.az

10Источники