RU

"Səslərin ətri" adlı musiqi gecəsi baş tutdu

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Parfum des voix" (" Səslərin ətri" ) adlı musiqi gecəsi baş tutub.

Kulis.az xəbər verir ki, konsertdə beynəlxalq müsabiqələr laureatı Daniil Kirillovun (piano) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor) öz ifaları ilə dinləyicilərin zövqünü oxşayıblar.

Qeyd edək ki, proqramda G.Rossini, V.Bellini, G.Verdi, G.Bizet, J.Massenet, G.Faure, E.Chaussonun əsərləri səsləndirilib.

Избранный
15
2
kulis.az

3Источники