RU

Ərəblər Viktor Osimhendən əl çəkmir

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Əl-Hilal”ın “Napoli”nin hücumçusu Viktor Osimhenin transferi uğrunda mübarizəsi davam edir.

İdman.biz xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı forvard kluba dəfələrlə rədd cavabı versə də, Səudiyyə Ərəbistanı təmsilçisinin nümayəndələri onunla yenidən əlaqə saxlayıblar.

“Əl-Hilal” klublararası dünya çempionatına qədər heyətini nigeriyalı hücumçu ilə gücləndirmək niyyətindədir. Səudiyyə Ərəbistanı klubu Osimhenə illik 35-40 milyon avro əməkhaqqı təklif edir. Lakin o, hələ ki, karyerasını Avropada davam etdirməyə üstünlük verir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, Osimhen son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. Burada 41 matçda forma geyinən hücumçu 37 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
7
icma.az

10Источники