7 iyun 2025-ci il tarixində 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mediada yayılan bəzi məlumatlarda qızın ölüm səbəbi kimi qarpızdan zəhərlənmə faktı göstərilib./APA
Tarix: 10 İyun 2025, 16:32