RU

Avropada irqçilik və ayrı-seçkilik genişlənir

BAKI, TurkicWorld

Avropada qadınlara qarşı zorakılıq, irqçilik və miqrantlarla pis rəftar ciddi problem olaraq qalır.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) bu gün dərc etdiyi hesabatda demokratiyaya təhdidlər, gender əsaslı zorakılıq, ayrı-seçkilik və nifrət cinayətlərinin geniş yayıldığı bildirilib.

Sənəddə qeyd olunur ki, 2024-cü ildə 3500-dən çox miqrant Aİ ölkələrinə dəniz yolu ilə çatmağa çalışarkən həyatını itirib və ya itkin düşüb. Eyni zamanda, müsəlmanlara, yəhudilərə və qaradərililərə qarşı zorakılıq və təzyiqlərin artdığı vurğulanıb.

Qeyd edək ki, hesabatda hər üç qadından birinin Avropada gender əsaslı zorakılığa məruz qaldığı, dezinformasiya və süni intellektin isə azad və ədalətli seçkilərə təhlükə yaratdığı bildirilir.

Избранный
52
turkic.world

1Источники