RU

FHN-in Aran Regional Mərkəzi təlim keçirdi - FOTO

BAKI, 10 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi” mövzusunda təlim keçirib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, müxtəlif vasitələrlə mənzilə daxil olaraq “halsız vəziyyətdə olan” vətəndaşları “xilas ediblər”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Избранный
40
teleqraf.com

1Источники