RU

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib - FOTOLAR

“PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” şirkətlərinin rəhbərləri yer dəyişib.

“PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri seçilib. “PAŞA Sığorta”nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova isə “PAŞA Həyat”ın İH-nin sədri təyin edilib.

Məlumata görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq icazə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Niyaz İsmayılov 2017-ci ilin fevral ayından “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. Ülviyyə Cabbarova isə 2008-ci ildən “PAŞA Sığorta”da fəaliyyət göstərib, 2012-ci ildə isə sığorta şirkətininin İdarə Heyətinin sədri təyin edilmişdi.

"PAŞA Sığorta"nın yeni sədri - NİYAZ İSMAYILOV  | FED.az

"Paşa Həyat Sığorta"nın yeni sədri - MƏLUM OLDU  | FED.az

©APA

Избранный
45
1
valyuta.az

2Источники