Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
Tribunainfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kamran İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə həmin vəzifəyə Abuzər Mirzəyev təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.