RU

"Faciə və savaşların çoxalmasının əsas səbəbi: nəfsini idarə edə bilməyənlərin dövlət və dünyanı idarəçiliyinə gəlməsidir..."

"Belə korrupsioner, cinayətkar, qumarbaz, zinakar və s. mənfi keyfiyyətlərə malik şəxslərin hakimiyyətə gəlməsinə də şəraiti məhz nəfsini idarə edə bilməyən əksəriyyət yaradır..."
 
-3 CÜMLƏ İLƏ BİR TƏHLİL...-
 
Əksəriyyət dünyanın artıq ildən-ilə, aydan-aya, gündən-günə deyil, hər saat, hər dəqiqə, hər an yeni-yeni faciə və savaşlara bələnməsinin səbəblərini arayır...
 
Həm Quran və digər müqəddəs Kitabların məntiqi ilə, həm də elə bu cahandakı qanunauyğunluqları ilə düşünəndə görürsən ki, başlıca bir səbəb var: əksər insanların öz nəfsini, tamahını idarə etməsi...
 
Bu məntiqlə də yanaşanda ən başlıca səbəb ortalığa çıxır: nəfsini idarə edə bilməyənlərin dövlətləri və dünyanı idarə etməyə çalışması və təəssüf ki, bir çox hallarda buna nail olması...
 
P.S. Bir neçə misal çəkirəm: özünüz nəticə çıxarın və siyahını uzadın. Bu gün dünyanı daha çox insan faciəsinə bələyən lider işğalçı Rusiya diktatoru Vladimir Putindir. Onun nəfsini necə idarə edə bilməməsi göz qabağındadır. Eləcə də rüşvət, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə bu gün də mühakimə olunan və Qəzzadakı açıq soyqırımına rəhbərlik edən İsrail baş naziri Benyamin Netanyahu... Həmçinin barəsində 34 maddə ilə 4 cinayət işi qaldırılmış hazırkı ABŞ prezidenti Trampdır... Belə korrupsioner, cinayətkar, qumarbaz, zinakar və s. mənfi keyfiyyətlərə malik şəxslərin hakimiyyətə gəlməsinə də şəraiti məhz nəfsini idarə edə bilməyən əksəriyyət yaradır...
 
Sultan Laçın
 
Избранный
30
1
moderator.az

2Источники