Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
Viral.az teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Son Yazılar:
- Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı
- Deyiblər İsfəndiyarı belə edəcəyəm, elə edəcəyəm, o da inanıb
- Qaraciyəri tərtəmiz edən edən 5 qida
Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-ü imzaladığı Sərəncamla Bəhruz Əhmədov baş prokurorun müavini-hərbi prokuror təyin edilib.