Demokrat.az xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə paylaşım edib.
Qeyd edib ki, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub:
“Həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir. Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.
Fondun vəsaitləri hesabına təhsil almış və geri ödənişi başlayan məzunların əksəriyyəti rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub. Bu gün gənclərin təhsilə əlçatanlığı təmin olunur, işəgötürənlər isə kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir və beləliklə, qarşılıqlı fayda doğuran əmək bazarı formalaşır. Sevindirici haldır ki, geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83%, Azərbaycan Texniki Universitetində 82%, Gəncə Dövlət Universitetində isə 59%-dir. Eyni zamanda “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub. Bu rəqəmlər göstərir ki, dövlətin təhsilə dəstəyi ilə formalaşan gənclər əmək bazarına uğurla inteqrasiya olunur”.
Kənan Kərimzadə onu da qeyd edib ki, cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır. Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və Qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir.
10Источники
-
nocomment.azAzərbaycanda 1 ildə 10 min tələbə qovuldu: Dəhşətli statistikanın şok səbəbləri ( 18068266)
-
cebheinfo.azNazir müavini: "Təhsil kreditlərindən faydalananların 62 faizi qızlardır" ( 18068131)
-
afn.azTəhsil krediti ilə bağlı statistika: 57 minə yaxın müraciət rəsmiləşdirilib ( 18067945)
-
azadmedia.azTəhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib » AzadMedia.az ( 18067837)
-
demokrat.azTəhsil tələbə kreditindən yararlananların 62 faizi qızlardır — RƏSMİ ( 18067603)
-
hafta.az70 minə yaxın tələbə kredit üçün müraciət edib ( 18067312)
-
xezerxeber.azİndiyədək 57 minə yaxın tələbəyə təhsil krediti verilib ( 18067006)
-
cebheinfo.azTəhsil Tələbə Kreditindən yararlananların 62 faizi qızlardır ( 18067000)
-
azvision.azTələbə kreditindən yararlananların 62 faizi qızlardır ( 18066553)
-
yenisabah.azTələbə krediti üçün 57 minə yaxın müraciət rəsmiləşdirilib - Rəsmi ( 18066286)