RU

Maldivin büdcəyə uyğun istirahət adası: Feyduda sərfəli tətil mümkün ola bilər

Maldivin yerli sakinlərindən biri, məhdud büdcə ilə səyahət edənlər üçün ideal sayılan bir gizli adanı - Feydunu təqdim edib...

Poliqon xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

"Yerli adaya səyahət edin və qonaq evində qalın. Mənim doğma adım Feydu, Addu şəhərinə bağlıdır və ətrafında səssiz, təsvir olunmaz gözəllikdə, tərk edilmiş adacıqlar var. Bu adalar ulduzlar altında düşərgə və ya birgünlük səyahət üçün idealdır. Bəzi adalara dayaz dənizdən piyada keçmək mümkündür... Bu yerlər sakit, mənzərəli və tamamilə özünəməxsusdur", deyə qadın bildirib.

Feydu, Addu atolunun sakinləşdirilmiş adalarından biridir. Ümumilikdə Addu şəhəri altı rayondan ibarətdir: Hitadu, Maradu-Feydu, Maradu, Midu və Hulhudu.

Qadının sözlərinə görə, əksər maldivlilər turizm sahəsində birbaşa çalışmır, yerli adalarda yaşayır və gündəlik həyatları məktəbə getmək, kənd təsərrüfatı ilə məşğul olmaq, kiçik bizneslə məşğul olmaq, ictimai işlər görmək və ya dostlar və ailə üzvləri ilə vaxt keçirməklə keçir: "Tipik gün səhər çayı və xəbərlərə baxmaqla başlayır, sonra məktəb və ya iş, axşamlar isə insanlar dəniz kənarında və ya kafelərdə qonşularla ünsiyyət qurur və ya idmanla məşğul olurlar (futbol və voleybol kifayət qədər məşhurdur)".

Nəqliyyata gəlincə, adalar arasında hərəkət qayıq və daxili aviareyslərlə təmin olunur. Adaların özündə insanlar adətən piyada və ya motosikletlə, daha böyük adalarda isə avtomobil və pikaplarla hərəkət edirlər. Demək olar ki, hər yaşayış adasında məktəb mövcuddur – məktəbəqədərdən orta təhsilə qədər. Ali təhsil almaq üçün isə bir çoxları paytaxt Male şəhərinə və ya xaricə köçür.

Əgər Maldiv adaları sizin üçün çox bahalı görünürsə, Avropada oxşar təcrübəni daha aşağı qiymətə yaşamaq mümkündür. Sosial media istifadəçiləri bu baxımdan Albaniyanın Ksamil adlı cazibədar sahil qəsəbəsini tövsiyə edir. Mütəxəssislərə görə, Ksamilə səyahət Maldivə nisbətən xeyli ucuz başa gəlir.

Poliqon.info

Избранный
92
22
poliqon.info

10Источники