RU

Millimizin sabiq üzvü “Qəbələ”yə lazım olmadı – onun yerinə legioner gələcək 

Premyer Liqaya vəsiqə qazanan “Qəbələ” heyətlə bağlı çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumaa görə, bölgə təmsilçisi təcrübəli müdafiəçi Elvin Yunuszadə ilə yollarını ayırıb. Millimizin sabiq üzvü ilə başa çatan müqavilə yenilənməyib. Yunuszadə baş məşqçi Kaxaber Tsxadadzenin planlarına daxil deyil.

Gürcüstanlı mütəxəssis onun yerinə legioner futbolçu axtarışındadır. Bu səbəbdən Elvinlə yolllar ayrılıb.

Xatırladaq ki, 32 yaşlı müdafiəçi ötən mövsüm “Qəbələ” ilə müqavilə bağlamışdı.

Избранный
144
13
idmanxeber.az

10Источники