“Neftçi”nin yeni transferi Sessi D’Almeyda Benin millisində növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Mərakeşlə baş tutan yoxlama matçında forma şansı qazanıb. Əsas heyətdə meydana çıxan futbolçu 66-cı dəqiqədə əvəzlənib.
Oyun Mərakeşin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Sessi D’Almeyda bir neçə gün öncə Kiprin “Apollon” klubundan “Neftçi”yə transfer olunub.