RU

Bir çoxumuzun hər gün istifadə etdiyi qida görün NƏDƏN HAZIRLANIR – ŞOK

Azərbaycanda küçə yeməkləri ilə bağlı gigiyena və təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib. Bu gün Naxçıvan şəhərində yerləşən dönərxanalardan birində hazırlanan qidadan istifadə edən 17 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, zərərçəkənlərdə əsasən ürəkbulanma, qusma və yüksək hərarət kimi simptomlar müşahidə olunub.

Hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumları araşdırmalara başlayıb. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb dönərin hazırlanmasında istifadə olunan ət və ya saxlanma şəraitinin pozulması ola bilər. Hazırda müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Gündəlik həyatımızda demək olar ki, bir çox insan “fast food” olan dönərdən istifadə edir. Maraqlıdır bu məhaulların keyfiyyətinə necə güvənək?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova zəhərlənmə hallarının kökündə çox ciddi və sistemli problemlərin dayandığını bildirib:

“Hazırda dönər və digər küçə qidalarında istifadə olunan ətlərin keyfiyyəti son dərəcə aşağıdır. İstifadə olunan ətlərin bir çoxu ya çox ucuz, ya da xəstə heyvanların ətidir. Belə ət məhsulları daha ucuz başa gəldiyi üçün bəzi satıcılar bu yolu seçir. Amma nəticədə insan sağlamlığına ciddi zərər dəyir”.

Mütəxəssis əlavə edib ki, bu cür ət məhsulları adətən yüksək temperaturda saxlanılır və bu da bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır:

“Ət məhsulları uyğun olmayan şəraitdə saxlandıqda onların tərkibindəki bakteriyalar aktivləşir. Bəzi obyektlərdə bu məhsullar sanitar-gigiyenik qaydalara uyğun olmayan şəraitdə qorunur. Bu, ciddi səhvdir. Ən çox istifadə olunan əlavələr – ketçup və mayonezlər – üzərində çox zaman istifadə müddəti göstərilmir və ya düzgün saxlanmır. Eyni zamanda dönərin içərisində istifadə olunan göyərtilər də çox vaxt yaxşı yuyulmur və nəticədə ciddi sağlamlıq riskləri yaradır”.

Bundan əlavə, mütəxəssis qida hazırlayan işçi heyətin sanitar qaydalara əməl etməməsini və tibbi müayinədən keçməməsini də problemin əsas səbəblərindən biri kimi göstərir:

“İşçi heyətin bir çoxu lazımi tibbi yoxlamalardan keçmir. Halbuki bu, qanunla tələb olunur. Yoluxucu xəstəlik daşıyan şəxslər bu qidaları hazırladıqda zəhərlənmə halları qaçılmaz olur. Xüsusilə də yol kənarında, açıq havada, nəzarətsiz şəraitdə satılan dönər və digər tezbişən yeməklərdən uzaq durmaq lazımdır. Bu məhsullar nəzarətsiz olduğu üçün onların nə tərkibi, nə də saxlanma şəraiti məlum olur. Yalnız lisenziyalı və nəzarət olunan qida obyektlərinə üstünlük verilməlidir.”

Избранный
125
18
nocomment.az

10Источники