RU

Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi Londonda keçiriləcək

Bakı. Trend:

Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu iyunun 9-da Londondabaşlayacaq.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, danışıqlarda Çin nümayəndə heyətinə Başnazirin müavini Hı Lifen rəhbərlik edəcək.

Məlumata görə, ABŞ nümayəndə heyətinə maliyyə naziri SkotBesent, ticarət katibi Hovard Lutnik və ticarət nümayəndəsiCeymison Qrir daxildir.

Qeyd edək ki, Donald Tramp administrasiyası böyük ticarətkəsirini azaltmaq və itirilmiş istehsalı canlandırmaq ümidi iləmilyardlarla dollar dəyərində idxal mallarına yüksək tariflərtətbiq etməklə Birləşmiş Ştatların əzəli iqtisadi rəqibi Çinləticarət əlaqələrini yenidən müzakirə etməyə çalışıb. ABŞ-ın Çinmallarına idxal rüsumlarını 145 faizə yüksəltməsi birja, istiqrazvə valyuta bazarlarında çalxalanma ilə nəticələnib. Çin bu addımaöz tarifləri ilə (125 faiz) cavab verib və Trampı geri çəkilməyəinandırmaq üçün əsas təchizat zəncirlərindəki üstünlüyündənistifadə edir.

Ötən il Çinin ABŞ-yə ixracı 462 milyard, ABŞ-dan idxalı isə 143milyard dollar olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini,idxalının isə 6,3 faizini təmin edir. ABŞ Çinin ölkə səviyyəsindəən iri ixrac bazarı, 2-ci ən böyük idxal mənbəyidir.

Məqalədə:
Избранный
109
10
az.trend.az

10Источники