Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Monakoya dövlət səfəri zamanı uyğun olmayan ayaqqabı seçib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.
O yazıb: "Dövlət səfəri üçün bu idman ayaqqabısından daha uyğun bir şey tapa bilmədin, Bricit?".
Filippo həmçinin Fransanın birinci xanımının şahzadə Şarlinlə hovuzun kənarında gəzdiyini göstərən videonu yayımlayıb.