Bakı. Trend:
İtaliya futbol millisinin baş məşqçisi Luçano Spaletti istefaverə bilər.
Trend-inməlumatına görə, bu barədə italiyalı jurnalist Canluka di Marziobildirib.
Onun sözlərinə görə, 10 iyun tarixində hazırkı baş məşqçi iləİtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Gabriele Gravinaarasında görüş keçiriləcək. Spallettinin istefa verməsi ehtimalıistisna edilmir. Moldova ilə oyuna qədər məşqçi heyətindədəyişiklik olmayacaq.
Əgər Luçano istefa verərsə, İtaliya millisinin baş məşqçisivəzifəsinə əsas namizədlər Stefano Pioli və Kladio Ranyeriolacaq.
Qeyd edək ki, ötən gün Luçano Spallettinin komandası 2026-cı ilDünya Çempionatı seçmə mərhələsinin 3-cü turunda Norveç millisinə0:3 hesabı ilə uduzub.