RU

Bu şəkildə “HALAL” sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkün olacaq

Bakı. Trend:

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan QidaTəhlükəsizliyi İnstitutunun yeni saytı istifadəyə verilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, sayt sahibkarlarınməlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çoxfaydalı imkanlar təqdim edir.

Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəliən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərəəlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb.

Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərənixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlərbarədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəslaboratoriyalara virtual tur etmək imkanı qazanacaq.

Həmçinin, AQTİ-nin təklif etdiyi təlimlər, konsaltinq, halalsertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digərxidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub.

Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyənsahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb ki, buradamüvafiq bölmələri dolduraraq “HALAL” sertifikatlaşma üzrəqiymətləndirmə rüsumlarını öyrənmək mümkündür.

Qeyd edilib ki, saytda hər gün yenilənən maraqlı məqalələristehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiyamənbəyidir.

Избранный
49
17
az.trend.az

10Источники