RU

Nüvə müzakirələrində razılaşma İran üzərindən tranzitə müsbət təsir göstərə bilər - Baş direktor

Bakı. Trend:

İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrdə razılaşma əldə olunduğu halda, bu, İran üzərindəntranzitin artmasına müsbət təsir göstərə bilər.

Trend-inməlumatına görə, İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalqyükdaşıma və tranzit idarəsinin baş direktoru Cavad Hedayəti yerlimediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda İran və ABŞ arasında davam edəndanışıqlar ölkə üzərindən yük tranzitinə müsbət təsir göstərib.Ümumilikdə müzakirələr ölkənin ticarət və tranzitinə öz müsbəttəsirini göstərməkdədir.

“Lakin önəmli olan məsələ anlaşmanın əldə olunması ilə ölkəəleyhinə tətbiq olunan sanksiyaların ləğv edilməsidir. Pul,sığorta, bank, investisiya üzrə sanksiyaların ləğv edilməsitranzitə birbaşa müsbət təsir göstərəcək. Dəqiq şəkildəanlaşılandır ki, tranzitin inkişaf etdirilməsi xarici invesitiyanıngəlişindən asılıdır və xarici investisiyaların ticarət sahəsinəgirişinə yol açılmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərindəİran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Omanın paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyann paytaxtı Romada baştutub.

Избранный
392
11
az.trend.az

10Источники