RU

Azərbaycan millisi Latviya ilə üz-üzə - YENİLƏNİR

Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız yoldaşlıq görüşündə səfərdə Latviya yığması ilə qarşılaşacaq.

Riqanın “Skonto” stadionunda baş tutacaq matçda milli portuqaliyalı mütəxəssisin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq. 

Bakı vaxtı ilə saat 17:00-da start götürəcək oyunu maltalı baş hakim Trustin Farrugia Kanna idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi Riqa səfərindən sonra daha bir yoldaşlıq görüşünü iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstana qarşı keçirəcək.

Beynəlxalq yoldaşlıq görüşü
7 iyun

17:00. Latviya - Azərbaycan
Hakimlər: Trustin Farrugia Kann, Luke Portelli, Roberto Vella (hamısı Malta), Vitali Spasyonņikov (Latviya).
Riqa. "Skonto" stadionu.

Избранный
125
fanat.az

1Источники