Əfsanəvi basketbolçu Şakil O'Nil başına gələn maraqlı hadisəni nəql edib.
Offsideplus.az xəbər verir ki, o, dünya ulduzu, futbolçu Devid Bekhemin pulqabısını küçədə tapıb.
O'Nil əvvəlcə pulqabının içindəki pulları özünə götümək istəsə də, daha sonra fikrindən daşınıb: "Bir dəfə Beverli-Hillsdə gəzərkən küçədə pulqabı tapdım. Adətən belə hallarda pulu görüb, boş cüzdanı tullayıram. Amma bu dəfə pulqabı xoşuma gəlmişdi".
Cüzdanın içində o vaxtlar ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda oynayan Devid Bekhemin sənədlərini görən basketbolçu qarşı tərəflə zarafat etmək qərarına gəlib: "Mən ona zəng vurub dedim: "Sizin pulqabınız məndədir. Ancaq onu geri qaytarmaq üçün 1 milyon dollar tələb olunur". O, mənim səsimi tanıyıb belə cavab verdi: "Şak, özünü axmaq yerinə qoyma". Mən ona cüzdanı şəxsən tapdığımı deyəndə, Devid özünü ələ verdi: "Cüzdanda pul var idi, bilmirsən onlar hardadır?". Cavab verdim: "Yox, bilmirəm".
Qeyd edək ki, Bekhem 2007-2012-ci illərdə müqavilə ilə "Los-Anceles Qalaksi"yə məxsus olub. Onun NBA-nın dördqat çempionu, "Los Angeles Lakers"in əfsanəvi basketbolçusu Şakil O'Nillə dostluğu da elə o illərdən başlayıb.