Futbol üzrə Portuqaliya millisi UEFA Millətlər Liqasının yarımfinalında Almaniya yığmasına qalib gəlib.
Ölkə.Az-ın məlumatına görə, "Arena Münhen" stadionunda baş tutan qarşılaşmanın 48-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Florian Virts qol vursa da, 63-cü dəqiqədə Çiko Konseysao hesabı bərabərləşdirib. Oyunun 68-ci dəqiqəsində Kriştiano Ronaldo qələbə qolunu vurub.
Digər yarımfinalda iyunun 5-də, Bakı vaxtı ilə saat 23:00-da İspaniya və Fransa komandaları arasında baş tutacaq.