
Rusiya səmasında gərgin gecə yaşanıb. Rusiya Müdafiə Nazirliyi bildirir ki, son 24 saat ərzində ölkə ərazisinə buraxılmış cəmi 162 ədəd Ukrayna pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.Ən çox hədəfə alınan bölgə Kursk vilayəti olub – burada 57 PUA ələ keçirilib. Bundan əlavə:Belqorod vilayətində – 31,Lipetskdə – 27,Voronejdə – 16,Bryansk və Ryazanda – hər birində 11,Orlovda – 6,Krımda – 2,Tambovda – 1 dron məhv edilib.PUA hücumları nəticəsində Lipetsk vilayətinin Lebedyanski rayonunda bir nəfər yüngül xəsarət alıb.Moskva rəsmi bu hücumları Ukraynanın artan hava təzyiqi taktikası kimi qiymətləndirir. Ulusum.az
Diqqət Çəkənlər
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir