RU

Koloradoda naməlum şəxs İsrailə dəstək yürüşünün iştirakçılarına hücum etdi

BAKI. 2 iyun. TELEQRAF

ABŞ-nin Kolorado ştatının Boulder şəhərində keçirilən İsrailə dəstək yürüşünün iştirakçılarına edilən hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxs nümayişçilərə içində tezalışan maddə qarışığı olan bir neçə butulka atıb. Polis hadisə yerinin yaxınlığındakı bir neçə məhəlləni təxliyə edib. Xəsarət alanların dəqiq sayı və onların vəziyyəti barədə məlumat verilmir.

Federal Təhqiqat Bürosunun direktoru Keş Patel hadisəni "terror aktı" adlandırıb.

Şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti hələ müəyyən edilməyib. Onun yüngül xəsarətlər aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Избранный
194
25
teleqraf.com

10Источники