RU

Zeynəb Xanlarovanın adından bu yolla dələduzluq etmək istədilər...VİDEO

Kiberdələduzlar bu dəfə xalq artistinin adından istifadə edərək pul qazanmağa çalışırlar.

Xezerxeber.az-ın xəbərinə görə, söhbət xalq artisti Zeynəb Xanlarovadan gedir.

Dələduzlar onun adına səhifələr açır, guya keçirəcəyi konsertə bilet satışı adı ilə fırıldaqçılır edirlər.

Bu barədə Zeynəb Xanlarovanın adına olan sosial şəbəkə səhifələrində xəbərdarlıq xarakterli paylaşım da edilib. "Xalq artistinin guya konsert verəcəyi ilə bağlı yalan məlumat paylaşılır, onlayn bilet satışı adı altında dələduzluq edilir. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", - deyə paylaşımda bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Избранный
172
36
xezerxeber.az

10Источники