BAKI, 29 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən dönərkən, təyyarədə jurnalistlərlə söhbətində mayın 28-də Laçında istifadəyə verilmiş beynəlxalq hava limanından danışıb.
Teleqraf xəbər verir ki, bu, hava limanının bölgəni dünyaya bağlayacağını vurğulayıb.
“İnanıram ki, bu, həm də Laçın və ətrafını firavan gələcəyə hazırlayacaq. Hava limanı təkcə yerləşdiyi regionun yox, həm də bütün Azərbaycanın potensialını hərəkətə gətirəcək. Bu infrastruktur sərmayələri də sülhə yol açacaq”, - Ərdoğan qeyd edib.
Xatırladaq ki, dünən Laçın Beynəlxalq Hava Limanının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olub.