Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktorvəzifəsini icra edən Həsən Ömərov 26 may tarixində BƏƏ-nin Dubayşəhərində keçiriləcək “SAMENA Liderlər Sammiti”ndə çıxışedəcək.
Bu barədə Trend-ə “Aztelekom”dan məlumat verilib
Bildirilib ki, tədbir çərçivəsində SAMENA və ÜmumdünyaGenişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) birgə təşkilatçılığı iləsabit şəbəkə sənayesinə həsr olunmuş yüksəksəviyyəli dairəvi masagörüşü də baş tutacaq. H.Ömərov görüşdə çıxış edərək “Aztelekom”unhəyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “OnlaynAzərbaycan” təşəbbüsü barədə iştirakçılara məlumat verəcək.
Qeyd edilib ki, SAMENA Telekommunikasiya Şurası Hindistanyarımadası, Asiya, Yaxın Şərq və Şimali Afrika regionunda fəaliyyətgöstərən ən böyük genişzolaqlı operator qruplarını təmsil edən,qlobal miqyasda təsirə malik regional təşkilatdır. Şuratelekommunikasiya və rəqəmsal xidmətlər sektorunda siyasət,tənzimləmə və sənaye prioritetlərini uzlaşdırmaqla rəqəmsaltransformasiyanın və dayanıqlı inkişafın həyata keçirilməsinidəstəkləyir.
Məlumat üçün bildirilib ki, uğurla yekunlaşmış “OnlaynAzərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom”genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla”tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətliSabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiyaməsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu“İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlıİnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (BestPractice of Home Broadband Development Award) mükafatlarına layiqgörülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabitşəbəkə internet provayderinə təqdim edilib.