RU

"Rusiyaya təzyiqi artırmalıyıq" - Aİ yeni sanksiyalar hazırlayır

Von der Leyen Albaniyada keçirilən Aİ ölkələri və Aİ üzvü olmayan Avropa ölkələrindən ibarət Avropa Siyasi Birliyinin Zirvə Toplantısı öncəsi çıxış edib.

Sitat.info xarici mediaya istinadən məlumat verib ki, Avropa Siyasi Birliyinin Rusiya-Ukrayna müharibəsi başlayanda yaradıldığını xatırladan fon der Leyen bunun Avropa qitəsində sabitliyi təmin etməyi hədəflədiyini açıqlayıb.

Von der Leyen deyib ki, Putinin  Türkiyədə görüş birbaşa təklif etdi, Vladimir Zelenskinin görüşə hazır olduğunu bildirdi, lakin Putin iştirak etmədi:  “Bu, prezident Putinin sülh istəmədiyini göstərir. Ona görə də təzyiqi artırmalıyıq".

Von der Leyen Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işlədiklərini bildirib.

"Bu paketə "Şimal axını" 1 və 2 ilə bağlı sanksiyalar, Rusiyanın kölgə donanmasından daha çox gəminin siyahıya alınması, neftin qiymətinin aşağı salınması və Rusiyanın maliyyə sektoruna daha çox sanksiyalar daxildir", - von der Leyen bildirib

"AB-nin prioritetinin sülhdür. Buna görə də Putinə təzyiqləri daha da artırmalıyıq". 

Xatırladaq ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.

Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə daşınmasına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir. Aİ-nin sanksiya siyahısında 2000-dən çox şəxs və qurum var.

Nigar,

Sitat.info

Избранный
24
10
sitat.info

6Источники