RU

Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, Biləsuvar rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Röyal Quluzadə, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid ataları, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı veriblər.

        Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Rzayev Vurğun Səxavət oğlu 24 mart 1973-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Xırmandalı kənd 1 saylı tam orta məktəbində təhsil almış və 25 may 1991-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. O, Füzuli, Tərtər rayonları və Ağdamın Sırxavənd, Seysulan kəndlərinin (hazırda bu kəndlər Ağdərə rayonunun inzibati ərazisinə daxildir)  azadlığı uğrunda döyüşlərdə  xüsusi fədakarlıqla vuruşmuşdur. 12 may 1994-cü ildə  Seysulan kəndində yaralı əsgər yoldaşını döyüş zonasından çıxararkən qəhrəmancasına şəhid olmuşdur. 14 may 1994-cü ildə Biləsuvar rayon Xırmandalı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Xırmandalı kəndində küçələrdən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Избранный
70
50
vetennamine.az

10Источники