RU

Könül Mehdiyeva “Antverpen” - “Barselona” matçına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun oyununda UEFA nümayəndəsi olacaq.

Belə ki, Könül Mehdiyeva Belçikada yerli “Antverpen” və İspaniyanın “Barselona” komandaları arasında gerçəkləşəcək oyunda iş başında olacaq.

Qarşılaşma dekabrın 13-də Belçikanın Deurne şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Избранный
268
18
arena.az

10Источники