RU

Umummilli liderin 102-ci ildönümü Türkiyədə qeyd olunub - Vətən Naminə

">

Tədbir Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş “Heydər Əliyev həftəsi” çərçivəsində baş tutmuşdur.
Tədbir Türkiyə Azərbaycan Dostluq İşbirliği və Dayanışma Fondunun T.A.D.İ.V və Azərbaycan respublikasının Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Şuşa konqres mərkəzində təşkil olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilərək Azərbaycan, Türkiye Dövlətlərin himni səsləndi. Türkiyə Azərbaycan Dostluq İşbirliği və Dayanışma fondunun başkanı profesör doktor Aygün Attar xanım və Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışları edərək, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və mirası, Türk dünyası birliyi üçün fəaliyyətindən danışmışlar. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikalarının səfirləri, Türkiyə Respublikasının xarici işlər nazirliyinin rəsmisi Ayşə Üzer Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin türk dünyasındakı özünəməxsus rolundan danışdılar, onun türk dünyasındakı ən böyük liderlərindən biri olduğunu vurğuladılar.
Türkiyə Azerbaycan parlamentlərarası dostluq qrupunun sədri Millət vəkili Şamil Ayrım, millət vəkili Ayyüce Türkeş və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da Heydər Əliyevin həyatından danışdılar.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Избранный
46
11
vetennamine.az

10Источники