Bakı. Trend:
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzvparlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrisədrlərinin ikinci iclasının iştirakçıları aprelin 15-də BakıdaZəfər parkını ziyarət ediblər.
Trend xəbərverir ki, “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrəəməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusundakeçiriləcək iclasda iştirak etmək üçün Bakıya gələn nümayəndəheyəti Zəfər abidəsinin önünə tər gül dəstələri qoyub, Vətənmüharibəsində həlak olanların xatirəsi dərin ehtiramla anıblar.
Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyimisilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərinyaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verildi.
Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-dəAzərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım MehribanƏliyevanın iştirakı ilə olub.