"Kristal Abşeron" sizə Bakı şəhərinin əlverişli nöqtələrindən birində, Yasamal rayonunda yerləşən "Park Yasamal"da faizsiz, komissiyasız, daxili kreditlə tam təmirli mənzillərə sahib olmaq imkanı yaradır. Əlverişli və rahat yerləşmə 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və "Bayraq" parkı yaxınlığında inşa olunan kompleks əlverişli nəqliyyat infrastrukturu ilə şəhərin istənilən nöqtəsinə asan və sürətli çıxışı təmin edir. Üstəlik, "Kaktus" restoranından Yasamal gölü istiqamətində salınan yeni yol kompleksin yerləşdiyi ərazini daha da əlverişli edəcək.


