Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıyev “Psixoloji qanunlara görə, gəlin qaynana və qaynatadan ayrı yaşamalıdır. Mən də valideynəm, övladlarımız qaynatalı-qaynanalı evə getməməlidirlər, bu, psixoloji problem yaradır. Hətta ana və qız eyni mətbəxdə bir tükə görə belə dava çıxara bilirlər, o ki qaldı gəlin-qaynana ola. Ana-atasının evindən çıxa bilməyən kişi xeylağı evlənməməlidir” fikirlərini səsləndirib. Saglamolun.Az