Ölkə ərazisini ağuşuna alan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb. Ekspertlərin bəziləri hesab edirlər ki, bu xəstəlik qızılcanın başqa növüdür, hansısa virusdan qaynaqlanır. Əslində, “qızılca xəstəliyini hamı keçirməlidir” kimi bir anlayış uzun illərdir, xalqın beynində formalaşıb. Əbəs yerə deyil ki, el arasında “qəbirdə də olsan qızılcanı çıxarırsan...” deyirlər. Lakin həkimlər bu anlayışı tamamilə mif adlandırırlar. Hazırda vətəndaşları ən çox qorxudan “Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlərmi?” sualıdır. Saglamolun.Az