RU

Sumqayıtda qəza olub, yaralılar var

Sumqayıtda qəza olub.

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, Sahil küçəsində iki minnik vatomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Sumqayıt Tibb Mərkəzinə yerləşdiriliblər. 

Mərkəzdən verilən məlumata görə, yaralılar ambulator müalicə üçün evə buraxılıblar:

"11.02.2025-ci il tarixində saat 18:00 radələrində Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997 -ci il təvəllüdlü 3 şəxs (kişi cinsli) və 1987-ci il təvəllüdlü 1 şəxs (qadın cinsli) hospitalizasiya olunublar. Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar".

Избранный
361
17
operativmedia.az

10Источники