“Beşiktaş” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda doğma arenasında “Brügge”yə məğlub olub – 0:5. Futbolpress.az xəbər verir ki, böyükhesablı məğlubiyyət İstanbul təmsilçisi üçün antirekordla yadda qalıb. “Beşiktaş” 1987-ci ildən sonra birinci dəfə avrokuboklarda ev oyununda 5 qol buraxıb. Türkiyə təmsilçisi D qrupunda 1 xalla sonuncudur və avrokubolarla vidalaşacağı rəsmiləşib.