RU

Özbəkistan XİN Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Daşkənd. Trend:

Özbəkistan Xarici İşlər Nazirliyi Aktau şəhərində baş vermiştəyyarə qəzası ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barərə Nazirliyinin məlumatındabildirilib.

"Qazaxıstanın Aktau şəhərində çoxlu sayda insanın həyatına sonqoyan faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi.Özbəkistan Xarici İşlər Nazirliyi adından bu ağır vaxtda həlakolanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığıveririk. Xəsarət alanlara şəfa diləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Избранный
107
4
az.trend.az

10Источники