RU

2025-ci ilin büdcəsi ölkəmizin qarşısında dayanan vəzifələrin icrası üçün zəruri maliyyə təminatı yaradacaq - Deputat

Bakı. Trend:

Milli Məclisin dekabrın 3-də keçirilən plenar iclasında“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”qanun layihəsi və büdcə zərfinə daxil olan məsələlər ikincioxunuşda müzakirə olunaraq qəbul edildi. Müzakirələr zamanı birdaha bildirildi ki, gələn ilin dövlət büdcəsi ölkəmizin qarşısındadayanan əsas çağırışlar və hədəflər nəzərə alınmaqla tərtib olunub.Büdcə hər bir ölkənin əsas maliyyə alətidir. Büdcənin gəlir vəxərclərinin səviyyəsi isə ölkənin inkişafının göstəricisidir. Onagörə hansısa ölkənin inkişafından danışanda ilk toxunduğumuzməsələlərdən biri onun büdcəsi olur.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Xanlar Fətiyev deyib.

O qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi iqtisadi inkişafauyğun olaraq ildən ilə artmaqdadır.

"2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1milyard 220,9 milyon manat həcmində idi. Gələn ilə isə büdcəmizingəlirləri artıq 40 milyard manata yaxın olacaq. Bu da təxminə 33dəfədən çox artım deməkdir. Büdcə ilə bağlı ən mühüm məqamlardanbiri də odur ki, hazırda Qafqazda bütün məsələlərdə liderlik edənrespublikamız dövlət büdcəsinin gəlir və xərclərinə görə dəregionda birincidir. Ən əsası odur ki, respublikamızda hər iluğurla tərtib olunan dövlət büdcəsi sözün əsl mənasında ölkəmizinmilli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir. İndiyəqədər Azərbaycanda büdcənin gəlirlərinin formalaşmasında vəbüdcədən xərclərin ayrılmasında heç bir problem baş verməyib. Həttabir neçə il öncə neftin qiymətləri kəskin aşağı düşəndə də dövlətbüdcəsi tam icra olunub.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38,3milyard manat həcmində proqnozlaşdırılır. Bu da 2024-cü ilinproqnozu ilə müqayisədə 5,3 faiz çoxdur. 5,3 faizlik artım sıradanyox, mühüm iqtisadi hadisədir. Nəzər yetirsək görərik ki, bu cürbüdcə gəlirlərindən bu cür artım heç də hər dövlətə qismət olanməsələ deyil. Bu, respublikamızın iqtisadi inkişafının ən mühümgöstəricilərindən biridir. 2025-ci ildə büdcəmizin xərcləri isə 41milyard 367 milyon manat olmaqla, bu ilin proqnozu ilə müqayisədə4,1 faiz çox planlaşdırılır. Xərclərin 60,1 faizini cari xərclər,34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətləbağlı xərclər təşkil edəcək. Xərclərlə bağlı bir məsələni xüsusiolaraq bildirmək istərdim ki, Azərbaycanın 2025-ci il üçün nəzərdətutulan büdcə xərcləri Ermənistanın və Gürcüstanın büdcəxərclərinin birlikdə cəmindən 1,3 dəfə çoxdur", - o əlavə edib.

Onun sözlərinə görə, dövlətimizin müəyyən etdiyi bir sıra məqsədvə vəzifələr ötən illərdə olduğu kimi 2025-ci ildə də dövlətbüdcəsinin əsas prioritetləri olacaq.

"Məsələn, gələn ildə də büdcənin əsas xərc istiqamətlərindənbirini ölkə vətəndaşlarının sosial müdafiəsi və sosial təminatı iləbağlı məsələlər təşkil edəcək. Sosialyönümlü xərclər 2024-cü iləmüqayisədə 8,8 faiz artırılaraq 16,9 milyard manata çatacaq. Faizləifadə etsək, dövlət büdcəsi xərclərinin 41 faizini sosial xərclərtəşkil edəcək. Büdcə zərfinə daxil olan sosial paketin təhliligöstərir ki, şəhid ailələrinin, qazilərin və müharibəveteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlaradövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcək.

Artıq bir neçə ildir ki, ölkəmizdə qarşıda dayanan əsasvəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Ötən 4ildə Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə azadedilmiş ərazilərimizin bərpası istiqamətində mühüm işlər görülüb.Artıq 9 min nəfərdən çox keçmiş məcburi köçkün doğma yurdunaqayıdıb. Dost və qardaş dövlətlərin dəstəyi ilə icra olunaninfrastruktur layihələri istisna olmaqla Qarabağ və ŞərqiZəngəzurdakı bütün quruculuq işlərini respublikamız özünün daxiliimkanları hesabına həyata keçirib. Prezident İlham Əliyevin uğurluiqtisadi siyasətinin nəticəsi olaraq artan maliyyə imkanlarımız həril büdcədən bu məqsəd üçün lazımi səviyyədə maliyyə vəsaitininayrılmasına imkan verib.
2025-ci ildə də büdcədən ayırmaların əsas istiqamətlərindən biriQarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramındaqarşıya qoyulmuş vəzifələrin icrası olacaq. Gələn ilin büdcəsiişğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın canlanmasına vəməskunlaşmaya öz layiqli töhfəsini verəcək. Hesab edirəm ki, buməqsədlər üçün 4 milyard manatın nəzərdə tutulması quruculuqişlərinin vaxtında və qrafik üzrə yerinə yetirilməsini təminedəcək.

Gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə dəxüsusi diqqət yetirələcək. Belə ki, 2025-ci ildə respublikamızınhərbi büdcəsinin 8,4 milyard manat həcmində olması nəzərdə tutulur.Bu da cari illə müqayisədə 17,8 faiz çoxdur. Hesab edirəm ki, hərbibüdcəmizin artırılması tamamilə düzgün qərardır. Çünki Azərbaycanınsülh təşəbbüslərinə baxmayaraq, Ermənistan sürətlə silahlanmaqdadavam edir. Artıq neçə vaxtdır ki, Fransa və Hindistan kimiölkələrdən Ermənistana müxtəlif silah və texnikalar daşınır. Təbiiki, belə bir vaxtda Azərbaycan bu məsələyə seyrçi qala bilməz.Artan hərbi büdcəmiz respublikamızın Ermənistan üzərində hərbiüstünlüyünü daha da möhkəmləndirəcək.

Təqdirəlayiq haldır ki, hər il büdcə Milli Məclisdə müzakirələrzamanı deputatlar tərəfindən qaldırılan məsələlər, veriləntəkliflər də büdcədə öz əksini tapır. Prezident İlham Əliyevinmüdrik iqtisadi siyasətinin nəticəsi olaraq maliyyə imkanlarımızınartması ölkəmizin inkişafını və vətəndaşların rifahınınyüksəldilməsini təmin edir.

Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan bütün prioritetvəzifələrin tam yerinə yetirilməsinə imkan verəcək, inkişafındavamlı olması üçün etibarlı maliyyə təminatı yaradacaq. Bununla da2025-ci il Azərbaycanın tarixində növbəti inkişaf mərhələsiolacaq", - X. Fətiyev vurğulayıb.

Избранный
217
1
az.trend.az

2Источники