RU

Ceyhun Bayramov İrana getdi

3 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb.

Bu barədə Gundem.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqaləyə dair fotomateriallar:

 

Избранный
51
49
gundem.az

10Источники