RU

DÇ-2034-ün finalı bu stadionda keçiriləcək

DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibi olacaq.

Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

www.anews.az
Избранный
77
14
anews.az

10Источники