RU

Bu evlər işıqsız, qazsız, susuz qalacaq

Kommunal şəbəkələrə qoşulmaqla bağlı yeni qaydalar əvvəl tikilmiş qanunsuz evlərə şamil edilməyəcək.

Publika.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O qeyd edib ki, hansı qanunsuz evlər indiyə qədər kommunal şəbəkələrə qoşulub, onlar istifadə edə biləcəklər.

“Kimsə onları şəbəkədən ayırmayacaq. Lakin əsas problem oktyabrın 1-ə qədər kommunal şəbəkələrə qoşulmayan evlərlə bağlı olacaq. Elə evlər var ki, oktyabrın 1-ə qədər texniki şərt alıb, amma komunal şəbəkələrə qoşulmaq üçün müraciət etməyib. Ən böyük problem burada yaranır. Çünki qoşulmaq üçün indi müraciət etdiyi təqdirdə onlara bilidiriləcək texniki şərt artıq qaydalara uyğun deyil”, - deyə o, əlavə edib.

Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

Избранный
445
14
publika.az

10Источники