RU

Rusiya sülhməramlıları hələ də Ermənistan üzərindən Qarabağa gedib gəlirlər...

Qarabağda nə işlə məşğul olduqları bilinməyən Rusiya sülhməramlıları hələ də Ermənistan ərazisindən tranzit kimi istifadə edir...Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin rotasiyasının başa çatdığını və yenilənmiş kontingentin qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün Qarabağa qayıtdığı açıqlanıb.Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.“Rusiya sülhməramlılarının Qarabağda qalmalarını müdafiə edəcək heç nə yoxdur. Ermənilərin olmadığı Qarabağda onların nə edəcəyi bəlli deyil”, deyə qəzet qeyd edir.“Hraparak” yazır ki, 2020-ci ildə Qarabağa daxil olan rus ordusunun orada qalması barədə Rusiya ilə Azərbaycan arasında razılıq əldə olunub.“Bununla belə, diqqətəlayiq haldır ki, Rusiya sülhməramlılarının Ermənistan üzərindən Qarabağa səfərləri davam edir, deyə nəşr vurğulayır.“Hraparak” yazır ki, Ermənistan Müdafiə Nazirliyindəki mənbə “Rusiya sülhməramlıları həmişə olduğu kimi İrəvandan Qarabağa getdiyini” təsdiqləyib.Poliqon.info

Избранный
586
45
poliqon.az

10Источники