RU

Qırğızıstan ilk dəfə COP29-da milli pavilyonunu təqdim edəcək

Qırğızıstan ölkənin nailiyyətlərini nümayiş etdirmək və beynəlxalq tərəfdaşlarla görüşlər keçirmək üçün bu il ilk dəfə COP29 iqlim konfransında milli pavilyonunu təqdim edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin məlumatında deyilir.

"Təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev ABŞ-nin səfiri Lesli Vigeri ilə görüşündə iqlim dəyişikliyi məsələlərini və hər iki ölkənin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-da iştirakını müzakirə edib. Nazir Maşiyev vurğulayıb ki, bu il Qırğızıstan ilk dəfə COP29-da öz pavilyonunu təqdim edəcək ki, bu da ölkənin nailiyyətlərini daha geniş şəkildə nümayiş etdirməyə və beynəlxalq tərəfdaşlarla görüşlər keçirməyə imkan yaradacaq", - məlumatda qeyd olunub.

Tərəflər Bakıda keçiriləcək tədbir çərçivəsində öz plan və mövqelərini bölüşərək əməkdaşlığın möhkəmləndirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.

Избранный
115
23
operativmm.az

10Источники