RU

Türkiyə XİN: Daha 87 nəfər Qəzzadan çıxarılıb

Türkiyə

İstanbul, 20 noyabr, AZƏRTAC

Noyabrın 19-da Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları, eləcə də onların ailə üzvləri olmaqla ümumilikdə 87 nəfər Rəfah məntəqəsindən keçərək Misirə çatıb. Əvvəlcə Qahirəyə aparılan bu şəxslərin oradan hava yolu ilə Türkiyəyə gətirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Məlumata əsasən, həmçinin Türkiyənin aidiyyəti qurumlarının səyləri nəticəsində noyabrın 20-də 60-a yaxın fələstinli xəstə və onları müşayiət edən 40 nəfər ailə üzvünün müalicələrinin davamı üçün Türkiyəyə gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyə XİN və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər bu gün Türkiyəyə gətirilib. Onların arasında türkiyəlilərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var.

Избранный
514
16
azertag.az

10Источники