Xəzər rayonunda əldə etdiyi odlu silahı satmaq üçün özündə saxlayan şəxs tutulub...Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən, əvvəllər məhkum olunmuş, paytaxt sakini 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb.Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.Faktla bağlı araşdırmalar davam etdirilir.Poliqon.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта