RU

QAİ İsveçrənin bir qrup deputatının Azərbaycana qarşı qərəzli sorğusunu qınayıb

Qərbi Azərbaycan İcması (QAİ) olaraq Erix Fontobel başda olmaqla, İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri, məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusunu qınayırıq.

Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, həmin təşəbbüsdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir və ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilir:

"Xüsusilə, ermənipərəst mövqedə dayanan, korrupsiyaya batmış LuisMoreno Okamponun qərəzli hesabatlarına istinad edilməsi, sorğunun əsl mahiyyətini üzə çıxarır.

İsveçrəli deputatlar heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayaraq əlavə 800 minə yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməmişlər. Azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına və Ermənistanda, eləcə də vaxtilə işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin məqsədyönlü şəkildə dağıdılmasına qarşı susqunluq nümayiş etdirmək, İsveçrə parlamentarilərinin qərəzli mövqeyini açıq-aydın göstərir.

Избранный
10
12
aznews.az

10Источники